Azərbaycan şairinin şeirlər kitabı Gürcüstanda çap olundu

Azərbaycan şairinin şeirlər kitabı Gürcüstanda çap olundu
calendar 29 noyabr 2023
clock 11:20

Azərbaycan şairi İlham Qəhrəmanın “Ulduzlu gecə” adlı şeirlər kitabı Gürcüstanda işıq üzü görüb. Şairin 100-dən artıq şeirinin yer aldığı kitabda müəllif haqqında bioqrafik məlumat da verilib.

Kulis.az xəbər verir ki, gürcü dilinə şeirləri Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli tərcümə edib. Gürcü oxucuları bu kitabda şairin sevgi, tale və ictimai məzmun daşıyan şeirləri ilə tanış ola biləcəklər.

“Ulduzlu gecə” İlham Qəhrəmanın xaricdə nəşr olunan 3-cü şeir kitabıdır. Bundan əvvəl 2 şeirlər kitabı qonşu İranda əski əlifbada ana dilimizdə işıq üzü görüb. Kitabı vərəqləyən gürcü oxucusu onun adında olduğu kimi şeirlərdə də həyatımızın fəlsəfəsiylə – qaranlıq və işığın həmişə bir-birini qovmasıyla assosiasiya olunduğunun şahidi olacaq.

“Ulduzlu gecə” Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri şair Allahverdi Təkləlinin təşəbbüsü ilə Tbilisidəki “Merani” nəşriyyatında çap olunub. Kiçik formatda çap olan şeir kitabı 146 səhifədən ibarətdir.

“Ulduzlu gecə”nin redaktorları Allahverdi Təkləli və Qaraqaşoğlu, dizayneri isə Ömər Məmmədlidir.

AZƏRTAC

# 900 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news