Azərbaycan teatrlarının nəzdində studiyalar yaradıldı

Azərbaycan teatrlarının nəzdində studiyalar yaradıldı
calendar 28 avqust 2023
clock 12:40

"Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyaları yaradılıb.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində “Mən aktyoram”, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə “Oyuq” teatr-studiyası fəaliyyət göstərir.

Xatırladaq ki, bu ilin 11-12 aprel tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar ilk Teatr Forumu keçirilib. Forumda teatr sahəsinin inkişaf perspektivləri ilə bağlı bir çox məsələlər, o cümlədən region teatrlarının mövcud problemləri də müzakirə edilib. Regiondan paytaxta gəlib təhsil alan rejissor və aktyorların sonradan peşəkar kadr kimi regionlara geri dönməməsi və bunun nəticəsində də yerli teatrlarda yaranan kadr çatışmazlığı probleminin həlli istiqamətində müxtəlif təkliflər irəli sürülüb.

Bu işdə respublikamızın akademik və aparıcı teatrlarının təcrübəsindən istifadə edərək müxtəlif bölgələri və fərqli sosial təbəqələri təmsil edən əhalinin teatr sənəti ilə bağlı tələbatlarının eyni səviyyədə ödənilməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, bu an regionlarda bölgə teatrlarının inkişafına da xüsusi diqqət yetirilir, teatrın nüfuzunun və tamaşaçı marağının artırılması istiqamətində Mədəniyyət nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır.

# 1370 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news