Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olundu

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olundu
calendar 3 may 2024
clock 18:00

Mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramos ilə görüşüb.

Kulis.az xəbər verir ki, qonağı salamlayan nazir Azərbaycan-UNESCO əlaqələrindən söz açıb, təşkilatın “Bakı Prosesi” çərçivəsində bu il altıncısı keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ənənəvi tərəfdaşları sırasında yer almasını məmnunluqla qeyd edib.

Nazir bildirib ki, Azərbaycan dövlətinin “Bakı Prosesi” qlobal platformasının inkişafı ilə bağlı müxtəlif ideyaları var və bunu UNESCO ilə bölüşməyə hazırdır. Ölkəmiz təşkilatla müxtəlif sahələrdə, o cümlədən süni intellekt sahəsində əməkdaşlıqda maraqlıdır.

UNESCO baş direktorunun köməkçisi Qabriela Ramos görüşə görə təşəkkürünü bildirib, Forumda iştirakından məmnunluğunu ifadə edib.

Söhbət zamanı UNESCO-nun bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təmsil olunmasının, tərəfdaş qismində çıxış etməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# 560 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news