Azərbaycan və İsrail kinematoqrafçıları birgə film çəkir

Azərbaycan və İsrail kinematoqrafçıları birgə film çəkir
calendar 28 iyul 2022
clock 17:40

Azərbaycanda Oğuz rayonun dağ yəhudiləri ilə bağlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb.

Kulis.az-ın məlumatına görə, Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi olan filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, filmin İsrail tərəfdən prodüseri hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan tanınmış diaspor fəalı və şair Şaul Siman-Tovdur.

Filmin çəkilişləri Azərbaycanda və İsraildə aparılacaq.

Film Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi haqqındadır.

Rüfət Əsədovun dağ yəhudilərindən bəhs edən bu dəfəki ekran əsərinin qəhrəmanı İsraildə yaşayan, əslən Oğuz rayonundan olan həmvətənimiz ravvin Şmuel Simantovdur. Filmdə Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi, həyat tərzi Şmuel Simantovun dilndən nəql edilir.

Qeyd edək ki, ravvin Şmuel Simantov illərdir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yorulmadan çalışır.

Sözügedən film Rüfət Əsədovun dağ yəhudiləri ilə bağlı altıncı filmidir ( “Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”,”Peyğəmbər Yereminin göz yaşları”, “Əgər səni unutsam,Yerusəlim”,”Kənddə sonuncu yəhudi. 9 il sonra”).

# 1424 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news