Azərbaycan Vyanada keçirilən turizm tədbirində təmsil olundu

Azərbaycan Vyanada keçirilən turizm tədbirində təmsil olundu
calendar 16 sentyabr 2024
clock 14:33

Azərbaycan Turizm Bürosu Vyana Ticarət Palatası tərəfindən Avstriyanın paytaxtı Vyanada təşkil olunmuş 13-cü səyahət agentlikləri günündə ilin seçilmiş destinasiyası qismində təmsil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-ni təmsil edən “AVIAREPS” aviaşirkəti və Avstriyanın “Elite Tours” şirkəti Azərbaycanı önəmli destinasiya kimi tanıdan xüsusi turizm təklifləri ilə çıxış ediblər.

180-dək turizm sənayesi nümayəndəsini bir araya gətirən tədbirdə Azərbaycanın zəngin mədəni irsi və unikal turizm təcrübəsi haqqında məlumat verilib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tədbirdəki çıxışında Vyanadan Bakıya birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən biri olduğunu, uçuşların yalnız Avstriya ilə deyil, regionda digər hədəf ölkələrlə də turizm əlaqələrinin genişləndirilməsinə müsbət təsir edəcəyini bildirib.

O, Avstriyada mütəmadi olaraq keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini qeyd edib.

Tədbirin sonunda Azərbaycanın caz ifaçısı İsfar Sarabskinin musiqiləri dinlənilib.

Qeyd edək ki, Avstriya Respublikasının vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza” elektron sistemi tətbiq olunur.

# 449 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news