Azərbaycanda sayı on milyon olan bir nəfər yaşayır - Aqşin Yenisey

Azərbaycanda sayı on milyon olan bir nəfər yaşayır - Aqşin Yenisey
calendar 13 iyul 2023
clock 12:00

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Ədəbiyyatda milli məsələ həll olunmadan bəşəri məsələnin həlli mümkün deyil. Əvvəlcə özünə umac ova bilməlisən ki, sonra başqasına əriştə də kəsə biləsən. Özünü xilas edə bilməyən insan, insanlığı xilas edə bilməz.

Üçüncü Dünya ölkələrində milli kimlik, millətin və dövlətin ortaq simasının yaranması, təhsilin və hüququn mənəvi prosesə çevilməsi və s. kimi milli məsələlər həll olunmamış qalır.

Amerikalı ədəbiyyat filosofu Fredrik Ceymison Üçüncü Dünya ölkələrinin ədəbiyyatları haqqında danışarkən, bu cür ölkələrdə doğulub boya-başa çatan əbədi personajların kədərinin, sevincinin və bir sözlə, bütün həyatının, əslində, öz xalqlarının, ölkələrinin kədəri, sevinci, öz ölkələrinin taleyi olduğunu deyir. Və bunu "milli alleqoriya" adlandırır.
Yəni bizim kimi ölkələrdə vətəndaşın, yaxud fərdin öz xalqından, dövlətindən azad olmuş kədəri, sevinci, taleyi yoxdur. Ona görə də bizim ədəbi personajların hekayələri və tarixçələri, əslində, onların öz “millətləri”, “xalqları” ilə bağlı alleqoriyalardır. Siyasət, kollektiv tarix və şəxsi təcrübə mütləq şəkildə bu ölkələrin mətnlərində istər-istəməz iç-içə keçir. Üçüncü dünya mətnləri milli alleqoriya şəklində siyasi bir üsluba sahibdir; fərdi qəhrəmanın taleyi həmişə üçüncü dünya mədəniyyətində və cəmiyyətində mübarizə aparan toplumun alleqorik ifadəsidir.

Kollektivdən arınmış "müstəqil kədərlər", "müstəqil sevinclər", "müstəqil talelər" olmadığı üçün onları ifadə edən ədəbiyyatda "müstəqil üslublar" da yoxdur. Hamının ya "Lolita", ya "Nayman ana" olduğu cəmiyyətdə üslubun kütləviləşməmək şansı sıfıra bərabərdir.

Üslubun kütləviləşməsi dili də kütləviləşdirir. Kütləvi dil isə kütləvi düşüncə yaradır. Bu isə öz növbəsində yazıçı ilə oxucu arasında fərqi aradan qaldırır.

Azərbaycanlı müəllifin yerli oxucunun marağını cəlb etməməsinin səbəbi hər ikisinin eyni dilə, düşüncəyə, kədərə, sevincə, taleyə sahib olmalarından irəli gəlir.

Azərbaycanda sayı on milyon olan bir nəfər yaşayır!

# 3654 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news