Azərbaycanda yeni televiziya kanalı yayıma başladı

Azərbaycanda yeni televiziya kanalı yayıma başladı
calendar 28 yanvar 2022
clock 20:36

Bu gün saat 16:00-da "Kanal S”in peyk yayımına start verilib.

Kulis.az xəbər verir ki, yeni peyk yayımına başlayan televiziyada tamaşaçıların zövqünü oxşayan, onların istəklərinə və maraqlarına cavab verən proqramlar hazırlanıb. Fevralın 14-dən etibarən artıq rəngarəng verilişlərin yayımına başlanacaq.

"2009-cu ildən fəaliyyətə başlayan "Kanal S”in bir çox layihələri Azərbaycan teleməkanında öz fərqliliyi, möhtəşəmliyi ilə seçilib. Yenə də qarşıda böyük məqsədlər, layihələr var. Tamaşaçılar, təbii ki, yeni simalar da görəcəklər, amma Həmidə Ömərova, Roza Zərgərli, Lalə Əlmuxtarova kimi aparıcılar da bir-birindən maraqlı verilişləri ilə tamaşaçılar qarşısına çıxacaqlar. Bir sözlə, "Sizdəyik” devizini əsas götürən şirkətin əsas məqsədi Azərbaycan teleməkanında daha fərqli strategiya, əyləncəli və maraqlı proqramlarla tamaşaçıları maarifləndirmək, xüsusilə də xanımların televiziya qarşısında daha səmərəli vaxt keçirmələrini təmin etməkdir. Əsas bazası Şəkidə yerləşən televiziyanın hədəfləri sırasında regionların inkişafı istiqamətində xidmət göstərmək də var" deyə kanaldan verilən açıqlamada bildirilib.

# 2870 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news