Azərbaycanlı rəssamın Tbilisidə fərdi sərgisi açılıb

Azərbaycanlı rəssamın Tbilisidə fərdi sərgisi açılıb
calendar 12 mart 2024
clock 09:15

Tbilisidəki Gürcüstan Milli Kitabxanasında “Palitra-İnteqrasiya 2024” layihəsi çərçivəsində “TEA HOUSE"un rəsm müəllimi, gənc rəssam Emilya Hüseynovanın əsərlərindən ibarət “Xəyala ilk addım” adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, gənclər iştirak ediblər.

Canlı musiqi fonunda keçirilən tədbir “Gürcüstan İncəsənət Akademiyası” və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə reallaşıb.

“İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov bildirib ki, “Palitra İnteqrasiya layihəsi” 2018-ci ildən həyata keçirilir. Layihənin məqsədi regionda incəsənətin inkişafı və incəsənət sahəsində inteqrasiyaya nail olmaqdır.

O, bu işdə göstərdiyi dəstəyə görə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rolunu xüsusi qeyd edib.

Sonra o, gənc rəssamın uğurlarından söz açıb. Bildirib ki, 13 yaşından rəsmlə məşğul olan E.Hüseynova özü “Tea House”un tələbəsi olub. O, indi öz bilik və bacarıqlarını, rəssamlığın sirlərini yeniyetmə və gənclərə öyrədir.

Bugünkü sərgidə rəssamın realizm növündə, yağlı boya ilə kətan üzərində çəkilən portret, animalizm, natürmort, məişət və mənzərə janrlarında çəkdiyi 30-dan çox əsəri nümayiş etdirilir.

“Gürcüstan İncəsənət Akademiyası”nın direktoru Denis Nesterenko çıxışında gənc azərbaycanlı rəssamın əsərlərini yüksək qiymətləndirib. Bildirib ki, indi gənclərin rəsmə, heykəltaraşlığa, bir sözlə, incəsənətə həvəsi artmaqdadır. Akademiya da onlara lazımi dəstək göstərməyi özünə borc bilir.

Direktor deyib ki, “Gürcüstan İncəsənət Akademiyası” etnik azlıqlar arasında bacarıqlı gənclərin seçilib irəli çəkilməsi, onların daha yaxşı təhsil almalarına yardım məqsədi yeni layihə hazırlayıb. Gürcüstanda yaşayan azərbaycanlı gənclər də bu layihədən bəhrələnəcəklər.

“Ümid edirəm ki, bu layihə gənc istedadların üzə çıxmasında və inteqrasiyasında mühüm rol oynayacaq”, – deyə D.Nesterenko vurğulayıb.

E.Hüseynova çıxış edərək ona göstərilən dəstəyə və sərginin təşkilinə görə, minnətdarlığını bildirib.

Sonra Tbilisi 8 saylı Musiqi Məktəbinin şagirdləri fortepiano, piano və skripkada dünya musiqiçilərinin əsərindən parçalar ifa ediblər. AZƏRTAC

# 837 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news