Azərbaycanlı şairin kitabı özbək dilində nəşr olundu

Fuad Cəfərli, şair

Fuad Cəfərli, şair

calendar 24 yanvar 2022
clock 17:40

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gənc Azərbaycan şairi Fuad Cəfərlinin “Kədərin şəkli” şeirlər kitabı özbək dilində işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabdakı “Ön söz”ün müəllifi Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən tərcüməçi Şahista Kamranlıdır.

Qayrat Məcid “Ön söz”də Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun özbək dilində ilk dəfə olaraq çap edilən şeirlər kitabının ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına əmin olduğunu bildirir.

Qeyd edək ki, Fuad Cəfərli Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Fuad Cəfərlinin şeirləri indiyədək türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.

Nəşr Özbəkistanın kitabxanalarına hədiyyə ediləcək.

# 1445 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news