Azərbaycanlı yazıçının pyesi Rusiyada səhnələşdirilir

Azərbaycanlı yazıçının pyesi Rusiyada səhnələşdirilir
calendar 11 sentyabr 2023
clock 15:05

Tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında Rusiyanın Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanır.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın yaradıcısı və rəhbəri tanınmış rejissor-ssenarist Valeri Qriqoryevdir.

Səhnə əsərinin bu ilin noyabr ayında premyerası olacağı gözlənilir. Əsərin əsas ideyası və məramı sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də əyləncəli formada balacalarda həkimə, iynəyə qarşı qorxu, həyəcan hissini götürməkdir.

Qeyd edək ki, “Qarınqulu ayı balası” pyesi artıq Gürcüstanın “BEEZ” Uşaq Teatrında, eləcə də Bakı Uşaq və Gənclər Teatrında səhnələşdirilib və uğurla uşaqlara təqdim olunub. Hazırda Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında da “Qarınqulu ayı balası” nağılının motivləri əsasında uşaqlar üçün yeni quruluşda tamaşa hazırlanır.

# 1128 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news