Bakı açıq rəqs müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı açıq rəqs müsabiqəsinin qalibləri müəyyənləşib
calendar 13 mart 2024
clock 08:59

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq dərəcəli rəqs müsabiqəsi keçirilib.

Kulis.az xəbər verir ki, dörd hissədən ibarət “Baku Open Dance Championship 2024” müsabiqəsində mindən çox iştirakçı müxtəlif yaş qruplarında mübarizə aparıb. Müsabiqənin birinci hissəsində gimnastik-akrobatik rəqs və “cheer dance” iştirakçıları, ikinci hissədə akademik rəqs, “show dance” və hip-hip rəqsinin iştirakçıları, üçüncü hissədə “Bollywood”, klassik hind və dünya xalq rəqslərinin iştirakçıları, dördüncü hissədə isə folklor etnik, folklor stilizasiya və “folklor show” rəqslərinin iştirakçıları yarışıblar.

Müsabiqəyə həm Bakıdan, həm də respublikamızın digər bölgələrindən, eləcə də Belarusdan iştirakçılar qatılıblar.

“Baku Open Dance Championship 2024” müsabiqəsində rəqqasların çıxışları peşəkar münsiflər – Azərbaycan Rəqs Assosiasiyasının vitse-prezidenti, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ülviyyə Həsənova, Azərbaycan Dövlət “Cəngi” rəqs ansamblının baş baletmeysteri Fərhad Əliyev, Əməkdar artist Fərid İbrahimov tərəfindən qiymətləndirilib.

Laureat sahibləri və qaliblər mükafatlandırılıblar.

“Baku Open Dance Championship 2024” müsabiqəsinin çempionları daha çox nominasiya üzrə qalib gələn Azərbaycanın “Qaval”, “Xəmsə”, Belarusun “Darling” və “Strekozza” komandaları olub.

Qeyd edək ki, belaruslu iştirakçılara Rəşid Behbudov adına Mahnı Teatrında Rimma İsgəndərova tərəfindən ustad dərsi keçilib.

# 649 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news