Bakı Bələdiyyə Teatrında premyera

Bakı Bələdiyyə Teatrında premyera
calendar 3 aprel 2024
clock 14:00

Bakı Bələdiyyə Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirilib.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rejissor “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. O, tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük, yeni fikirləri ilə tanış edib.

Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.

Rolları aktyorlar İlqar Musayev, Ülviyyə Rza, Hüsniyyə Mürvətova, Rəşad Kəsəmənli, Zülfiyyə Qurbanova, Tural Əhməd, Toğrul Rza, Elçin Muradov, Rəşid Soltanov və Namiq Cavadov canlandırıblar.

Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayır, bir neçə personaj başqa planetdən gəldiyini deyir. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayır. Əsərdə baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, nəhayət başa düşür ki, xəstə kimi müalicə olunan insanlar əslində öz xəyali dünyalarında yaşayırlar.

Müəllif “Şekspir” əsəri ilə cəmiyyətə mübarizə zirvəsinə gəlib çatan bir ucalıqdan baxır və tamaşaçılarla dərketmə fəlsəfəsi ilə ünsiyyət yaradır.

Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə səhnəyə qoyulub.

Əsər geniş tamaşaçı auditoriyasının marağına səbəb olmaqla yanaşı, eyni zamanda, dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına geniş şərait yaradıb.

# 722 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news