Bakı Caz Festivalı başlayır

Bakı Caz Festivalı başlayır
calendar 6 oktyabr 2023
clock 11:00

Oktyabrın 6-da ABB-nin tərəfdaşlıq dəstəyi ilə Bakı Caz Festivalına start verilir. Festival Almaniya, Türkiyə, Norveç, Avstriya musiqiçilərinin canlı caz ifaları ilə başlanacaq.

Kulis.az “APA-Economics”ə istinadən xəbər verir ki, məşhur fank qrupu “Jazzanova” da amerikalı DJ Amir ilə birlikdə oktyabrın 7-də festivalda çıxış edəcək.

Oktyabrın 9-dan 15-dək 15 ölkədən gəlmiş musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları və bu mükafata namizədlər, ABŞ-ın caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramlarla çıxış edəcəklər. Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti olacaq.

Bakı Caz Festivalı çərçivəsində gənc caz ifaçıları arasında ənənəvi “I AM JAZZMAN!” beynəlxalq müsabiqəsi keçiriləcək. Ayrı-ayrı sənət adamları ilə görüşlər, sərgilər, şərab dequstasiyası kimi tədbirlər də festivalın proqramına daxildir.

Qeyd edək ki, Bakı Caz Festivalı bu il on səkkizinci dəfə keçirilir. Ənənənin təməlini 2005-ci ildə görkəmli caz musiqiçisi, Azərbaycanın əməkdar artisti Rain Sultanov qoyub. ABB ilə yanaşı, bir sıra dövlət təşkilatları, biznes qurumları da Bakı Caz Festivalına tərəfdaşlıq dəstəyi göstərir. Festival haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

# 1062 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news