Bakıda böyük kitab mağazası açılır - Oxuculara bayram hədiyyəsi

Bakıda böyük kitab mağazası açılır - Oxuculara bayram hədiyyəsi
calendar 27 may 2024
clock 13:15

Crescent Mall-un dördüncü mərtəbəsində “Əli və Nino” mağazası fəaliyyətə başlayacaq.

Kulis.az xəbər verir ki, mağazanın açılış mərasimi mayın 28-i saat 16-da baş tutacaq. Mərasimdə möhtəşəm açılış şousu nəzərdə tutulur. Açılışda özəl endirim kampaniyası həyata keçiriləcək.

“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərlinin sözlərinə görə, mağazada uşaqlar üçün oyun-əyləncə guşəsi də unudulmayıb:

“Biz mağazada kitabları yerləşdirərkən, Azərbaycandilli kitabları daha geniş assortimentdə, daha geniş yerdə və sayda təqdim etməyə çalışdıq. Xüsusən, uşaq kitablarına geniş yer verdik ki, uşaqlarda kitaba maraq və sevgi yarada bilək. Milli tariximizi, həmçinin "Əli və Nino" əsəri və Bakı tarixini əks etdirən xüsusi bölmə yaratdıq. Kitab mağazasında oxucuların rahat mütaliəsini təmin etmək üçün kiçik kitab kafesi də yaradılıb. Burada rahat oturub kitab oxumaq, asudə vaxt keçirmək mümkün olacaq. Uşaqlar boyama rəngləyə, yaxud kitab oxuya biləcəklər. Kitablar Azərbaycan, Türk, Rus və İngilis dillərindədir. Hazırda dünyada ən populyar olan kitabların, demək olar ki, hamısını bu mağazada tapmaq mümkündür. Müasir alış-veriş mərkəzində belə böyük kitab mağazasının olması ölkəmiz üçün çox vacibdir...”

Qeyd edək ki, 700 kvadratmetrlik mağaza “Əli və Nino” şəbəkəsinə daxil olan ən böyük mağazadır.

# 994 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news