Bakıda "Disney" studiyasının 100 illiyi qeyd olunacaq

Bakıda "Disney" studiyasının 100 illiyi qeyd olunacaq
calendar 22 noyabr 2023
clock 18:40

Bakıda "Disney" studiyasının 100 illiyi qeyd olunacaq.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan "The Walt Disney Studio"nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.

Nizami Kino Mərkəzində baş tutacaq tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşacaq. Tədbir çərçivəsində saat 18:00-da “Mulan” (1998) filminin nümayişi nəzərdə tutulub.

1923-cü ildə Uolt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə Amerika animasiyasında liderə çevrildi. İlk böyük uğuru 1928-ci ildə bu günə kimi də aktuallığını itirməyən “Mickey Mouse”la gəldi.

"Disney" 1937-ci ildə ilk tammetrajlı animasiya filmi olan "Ağca və yeddi cırtdan"la animasiyada inqilab etdi. Bugünkü gündə “Disney” filmləri, personajları və əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.

# 992 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news