Bakıda Dostoyevskinin xatirəsi yad ediləcək

Fyodor Dostoyevski, rus yazıçısı

Fyodor Dostoyevski, rus yazıçısı

calendar 4 noyabr 2021
clock 18:05

Noyabrın 11-də görkəmli rus yazıçısı, filosof və publisist Fyodor Mixayloviç Dostoyevskinin anadan olmasından 200 il keçir. Rusiya Federasiyası Prezidentinin fərmanına əsasən 2021-ci il “Dostoyevski ili” elan edilib.

Bakıdakı Rus Kitab Evi (RİMM) noyabrın 11-də saat 16-da arzu edən hər kəsi bu mühüm hadisə ilə əlaqədar keçiriləcək tədbirlərə qoşulmağa dəvət edir. RİMM-in mətbuat xidmətindən Kulis-ə verilən məlumata görə, həmin gün RİMM-də professor, texnika elmləri doktoru Vladimir Belikovun tərtib etdiyi “İnsan qəlbinin görücüsü. Fyodor Mixayloviç Dostoyevski” adlı sərginin açılışı olacaq.

Daha sonra “Manej” muzey-sərgi birliyi tərəfindən yaradılmış “Öz səsi ilə” adlı sənədli film nümayiş etdiriləcək. Bu ekran əsərində yazıçının “Bəyaz gecələr” povestinin motivləri əsasında müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdə yaradılmış 8 bədii film təhlil edilir.

Tədbirə giriş sərbəstdir, lakin COVID pasportu və ya immun sertifikatı təqdim edilməlidir.

# 1911 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news