Bakıda “Fata Morgana” adlı Şərq immersiv şousu təşkil olunacaq

Bakıda “Fata Morgana” adlı Şərq immersiv şousu təşkil olunacaq
calendar 7 avqust 2023
clock 15:15

Avqustun 16-23-də “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində “Fata Morgana” adlı Şərq immersiv milli qastronomiya şousu təşkil olunacaq.

Kulis.az xəbər verir ki, “Fata Morgana” şousu öz tamaşaçılarına rəngarəng Şərq ab-havasına qərq olmaq imkanı yaradır. Şou Azərbaycanın qeyri-adi adət-ənənələrini özündə birləşdirməklə tamaşaçıya unikal Şərq nağılı bəxş edir.

Heyrətamiz qastronomiya, füsunkar musiqi motivləri, başgicəlləndirici yallı və cigit milli rəqsləri, həmçinin oriental rəqslər musiqili axşama xüsusi rəng qatacaq. Bu füsunkar şou Xəzər sahilinin əlamətdar hadisəsinə çevriləcək.

Qeyri-adi axşamda iştirakçılara hamının sevimlisi şah plov, milli qəlyanaltılar və ədviyyatlar, brend aşpazlardan unikal reseptlər üzrə hazırlanmış Azərbaycan yeməkləri, çay, şirniyyat, eləcə də meyvə desertləri təqdim olunacaq.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

# 796 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news