"Baku Jazz 2024" festivalı başlayır

"Baku Jazz 2024"  festivalı başlayır
calendar 17 oktyabr 2024
clock 15:14

Payızın caz improvizasiyaları: "Baku Jazz 2024" festivalı oktyabrın 17-dən etibarən keçirilir.

Kulis.az xəbər verir ki, oktyabrın 17-dən 27-dək Beynəlxalq Muğam Mərkəzində, Konservatoriyada, Jolly Joker konsert meydançasında, Fairmont Baku otelindəki klubda və Azərbaycan Diplomatik Akademiyasında (ADA) tanınmış musiqiçilərin ifasında caz musiqisi səslənəcək.

Festivalın proqramına konsertlər, cem seanslarından əlavə ustad dərsləri və caz ulduzları ilə görüşlər, “İpək üzərində caz” sərgisi, “Jazz & Art” animasiya eskizləri, Best World Jazz Photo sərgisi, Bəhram Bağırzadənin “ Uşaqlar üçün caz” kitabının təqdimatı daxildir.

Bu il festivalda ənənəvi caz, etno-caz, bossa nova, caz-rok kimi üslublar nümayiş olunacaq. Festivalda Interplay triosu və amerikalı müğənni Şeril Rayley ilə yanaşı digər dünya ulduzları da iştirak edəcək.

# 493 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news