Berlində Müslüm Maqomayevə həsr olunmuş tədbir keçirildi

Berlində Müslüm Maqomayevə həsr olunmuş tədbir keçirildi
calendar 27 avqust 2022
clock 10:46

Azərbaycan Bəstəkarlar İttifaqı Berlində, “Arsenal” kinoteatrında əfsanəvi müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirib.

Kulis.az xəbər verir ki, tamaşaçılar öz kumirlərinin mahnılarını xüsusi nostalji hisslərlə dinləyiblər. Müslüm Maqomayevin səsi ovsunlayır, uzaq gəncliyə aparırdı. Bu tədbirdə iştirak etmək vaxtilə Bakıda, hazırda Almaniyada yaşayan insanlar üçün xüsusilə xoş idi. Onların əksəriyyəti Müslüm Maqomayevi yaxşı xatırlayır, hətta bəziləri onunla şəxsən tanış idilər. Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin əməkdaşları da tədbirdə iştirak ediblər.

Yubiley gecəsinin aparıcısı - Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Müslüm Maqomayevin çoxşaxəli istedadından söhbət açıb, onun təkcə möhtəşəm estrada müğənnisi deyil, həm də klassik operalardan ariyaların gözəl ifaçısı olduğunu xatırladıb.

Hər kəsə xoş əhval-ruhiyyə bəxş edən tədbirdə Müslüm Maqomayevin ifasında “Azərbaycan”, “Sənsiz”, “Mavi əbədiyyət” və s. mahnılar səsləndirilib.

# 1312 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news