Beynəlxalq sərgidə Ağdam və Füzuli rayonlarının maketi nümayiş olundu

Beynəlxalq sərgidə Ağdam və Füzuli rayonlarının maketi nümayiş olundu
calendar 20 oktyabr 2022
clock 13:40

İtalyan memar tərəfindən hazırlanmış Ağdam və Füzuli rayonlarının maketi nümayiş olunub.

APA xəbər verir ki, nümayiş “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” sərgisi zamanı baş tutub.

Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrini icra edən Nuridə Allahyarova sözügedən eskizlər barədə məlumat verib: "Maketlər, demək olar ki, 98 faizlik dəqiqliklə hazırlanıb. Burada Füzulinin işğal, Ağdamın isə həm işğal, həm də zəfərdən sonrakı formalarını görə bilirik. Ağdam və Füzulidə elə abidələr var ki, onların pasportlaşdırılması zamanla çox çətin idi və üstəlik, əlimizdə həmin abidələrin görüntüsü çox az idi, yaxud heç yox idi. Ağdamın özündə elə abidələr var ki, həddən artıq dağıntıya məruz qalıb. Bu abidələrin bərpası, sözsüz, çətinliklə başa gəlir. Bax bu maketdə həmin dağıntıların da nümayişi var. Və bu dünyaya erməni vandalizmini sübut etmək üçün, bir növ, vasitədir".

Sərgidə "Şuşa" kataloqunun üç dildə nəşr olunmuş versiyası da nümayiş edilib.

Qonaqlar, həmçinin viral eynək vasitəsilə işğaldan azad olunmuş ərazilərə də virtual səyahət edə biliblər.

# 1282 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news