Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüşlər davam edir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüşlər davam edir
calendar 29 sentyabr 2022
clock 17:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Macarıstanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman arasında görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə Günay Əfəndiyeva Tamaş Yojef Tormanı yeni səfir təyin olunması münasibətilə təbrik edib, bu təyinatın Fondun ilə təşkilatın müşahidəçi ölkəsi Macarıstan arasında olan tərəfdaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsində rol oynayacağına inandığını deyib. Günay Əfəndiyeva eyni zamanda təşkilatın fəaliyyətindən söz açaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstanın əməkdaşlığı çərçivəsində Türk Dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib.

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk Dünyasının qədim və zəngin maddi-mədəni irsinin öyrənilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib və gənc təşkilat olmasına baxmayaraq qısa zaman ərzində Fondun həyata keçirdiyi genişmiqyaslı layihələrə dəstək verəcəyini bildirib. Səfir eyni tarixi köklərdən gələm Macar və Türk xalqlarının tarixinin, mədəniyyətinin təbliği yönündə əlaqələrin gücləndirilməsinin önəmindən danışıb.

Görüş tərəflər arasında birgə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.

# 1198 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news