"Biganə məşuq" tamaşasının premyerası keçirildi

"Biganə məşuq" tamaşasının premyerası keçirildi
calendar 10 iyun 2023
clock 15:00

İyunun 9-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında hazırlanan "Biganə məşuq" adlı tamaşanın premyerası keçirilib.

Kulis.az xəbər verir ki, Teatrın mətbuat xidmətindən verilən məlumata görə teatrın yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış Jan Koktonun “Biganə məşuq” tamaşası ümumbəşəri duyğular fonunda qadın, kişi münasibətlərindən bəhs olunur.

Tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir. Baş rolları Aydan Həsənzadə, Məmmədağa Əlili Canzadə ifa edirlər.

Bir hissəli səhnə əsəri fransız müğənnisi Edit Piafın yaşadığı ağır həyatı, xəstəlik həddinə çatan sevgisini təsvir edir. Əsərdi Lyüsi adlı müğənni çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır.

Ancaq Lyüsin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq... Bu ciddi kontrasın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir.

Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı tamaşada öz əksini tapır.

# 1060 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news