"Borc" filminin çəkilişləri başlayır

"Borc"  filminin çəkilişləri başlayır
calendar 13 avqust 2024
clock 15:55

Azərbaycan Respublikasının Kino Agentliyinin maliyyə dəstəyi ilə istehsal olunan “Borc” filmi artıq çəkilişə hazırlıq mərhələsini yekunlaşdırmaq üzrədir. Filmin çəkilişlərinə yaxın günlərdə başlanılması planlaşdırılır.

Kulis.az xəbər verir ki, Bakı Media Mərkəzinin istehsalı olan “Borc” filminin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İmandır.

90 dəqiqəlik tammetrajlı bədii film qələbənin beş illiyinə həsr olunub.

Bu haqda məlumatları prodüser Fariz Əhmədov İTV-nin efirində açıqlayıb: “Bu, Orman Əliyevin rejissor kimi bədii kinoda debütüdür. Ekran əsəri bir DJ-in koronavirus pandemiyası dövründə başına gələn hadisələrdən bəhs edir. Filmin qəhrəmanı könüllü olaraq həmin ərəfədə baş verən İkinci Qarabağ Müharibəsi – Vətən Savaşında döyüşməyə yollanır”.

Fariz Əhmədov onu da bildirib ki, Bakı Media Mərkəzi Qələbənin 5-ci ili münasibətilə tamaşaçılara sənədli və bədii filmlər silsiləsi təqdim edəcək. “Borc” Qələbənin beşinci ilində böyük ekranda göstəriləcək ilk bədii film olacaq. Filmin 2025-ci ilin fevral ayından sonra təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Borc” fiımi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi müsabiqənin qalibi olaraq ARKA-dan 1 milyon manat vəsait əldə edib. Filmin ümumi büdcəsi 1.200.000 manatdır.

# 587 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news