Brüsseldə Azərbaycan mədəniyyəti və incəsənəti tanıdılıb

Brüsseldə Azərbaycan mədəniyyəti və incəsənəti tanıdılıb
calendar 18 sentyabr 2023
clock 10:12

Sentyabrın 16-17-də Azərbaycanın Belçikadakı səfirliyi 1989-cu ildən başlayaraq təşkil olunan və artıq 35-ci dəfə keçirilən Avropa İrs Günlərində iştirak edib.

Kulis.az xəbər verir ki, Brüssel paytaxt regionu tərəfindən keçirilən irs günləri çərçivəsində Azərbaycan mədəni irsinin yerli ictimaiyyətə və turistlərə təqdim olunması məqsədilə səfirliyimizdə “Azərxalça”nın istehsalı olan xalçaların sərgisi və milli musiqimizin təqdimatı olub. İrs günlərində 15-ə yaxın diplomatik nümayəndəlik iştirak edir.

Hər il müxtəlif ölkə səfirliklərinin qatıldığı tədbirdə bu il 10-dan çox diplomatik nümayəndəlik təmsil olunub. Budəfəki tədbirlərdə Avropada yaşayan musiqiçilərimiz Səbinə Məmmədova və Vüsalə Cabir qonaqlara konsert proqramları təqdim edib. Tədbir çərçivəsində Belçikadakı səfirliyimizə yerli ictimaiyyətin ümumilikdə 500-ə yaxın nümayəndəsi və Brüsseldə olan turistlər gəlib. Ziyarətçilərə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış təbliğat xarakterli materiallar paylanılıb.

# 916 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news