Bu adamı heyvanlar böyüdüb - Mauqli, əslində, həqiqət imiş...

Bu adamı heyvanlar böyüdüb - Mauqli, əslində, həqiqət imiş...
calendar 7 mart 2022
clock 17:00

Kulis.az canavarlar tərəfindən böyüdülmüş Dina Saniçarın həyat hekayəsini təqdim edir.

Dina Saniçar 1867-ci ildə bir qrup ovçu tərəfindən mağarada, canavarların arasında tapılıb. 6 yaşlı bu uşaq canavar kimi hərəkət edirdi, yetimxanaya yerləşdirildikdən sonra da dörd ayaq üstündə gəzdiyi və çiy ət yediyi bildirilmişdi.

Yetimxanadakı təlimlər zamanı və ümumiyyətlə, ömrü boyu danışmağı öyrənə bilmədi. Üstəlik, paltar geyinməyi də sevmirdi. Başqa insanların yediyi qidaların qoxusu xoşuna gəlmədikdə yemir, daha çox çiy ət və sümük gəmirirdi. Uşaq psixoloqu Ueyn Dennisin 1941-ci ildə “American Journal of Psychology” dərgisində yazdığı “The significance of feral man” məqaləsində bu hadisəylə bağlı “vəhşi adam nizamsızdır” və “mədəni insanın iyrəndiyi şeyləri yeyir” fikirləri qeyd olunub.

Sançar heyvanların arasında böyüyən başqa bir uşaqla dost olmuşdu. Yetimxanada qaldığı müddət ərzində ünsiyyət qurduğu tək insan o idi. Bundan başqa, Saniçar təkcə siqaret çəkməyi öyrənə bilmişdi. Çox siqaret çəkdiyinə görə 1895-ci ildə vərəm xəstəliyindən öldü. Həmin dövr ərzində Hindistanda buna bənzəyən 50-yə yaxın heyvan uşaq tapıldı.

Redyard Kiplinqi bəlkə də çoxunuz tanımırsınız, amma Mauqli desək xatırlayacaqsınız. İngilis jurnalist, hekayə, şeir və roman yazarıdır. O dövrlərdə ingilis müstəmləkəsi olan Hindistanda dünyaya gəlib. Sonralar təhsil üçün İngiltərəyə gedib, lakin 1882-ci ildə Hindistana qayıdıb. Hindistanda jurnalistika ilə məşğul olmağa başlayıb və “Cəngəllik kitabı”nı 1894-cü ildə qələmə alıb. Deyilənə görə jurnalistlik dövründə Saniçar hadisəsinin xəbərlərindən təsirlənərək Mauqli personajını yaradıb.

# 4575 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news