Bülbülün adını daşıyan vokal məktəbi yaradıldı - İlk dəfə

Bülbülün adını daşıyan vokal məktəbi yaradıldı - İlk dəfə
calendar 26 sentyabr 2023
clock 11:08

Dahi Bülbülə həsr olunmuş “Bülbül vokal məktəbi” yaradılıb.

Kulis.az xəbər verir ki, Bülbülün Memorial Muzeyindən verilən məlumata görə, məktəbin yaranmasının ideya müəllifi Əməkdar artist, Azərbaycanın tanınmış vokal ifaçısı Ramil Qasımovdur.

Ramil Qasımov deyib ki, Azərbaycanda klassik vokal ənənələrinin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyasının, Bakı Musiqi Akademiyasında “Solo oxuma və opera hazırlığı” kafedrasının yaradılması məhz Bülbülün adı ilə bağlıdır. O bildirib ki, məktəbi yaratmaq ideyası onda çoxdan yaranıb və dəfələrlə canlı əfsanəmiz olan Polad Bülbüloğlu ilə bu barədə danışıb.

“Bildiyiniz kimi mənim ustadım Mobil Əhmədov Bülbülün tələbəsi olub. Bu gün tədrisdə müxtəlif vokal texnikalarından müəllimlərimiz istifadə edir. Bunlar tədqirəlayiqdir. Mənim təqdim edəcəyim vokal məktəbi isə məhz Bülbülün bizə miras qoyduğu Azərbaycan milli vokal elmi əsaslarına söykənərək bizə məxsus dil fonetikasına köklənir. Düşündüm və qərara gəldim ki, bu missiyanı öz üzərimə götürüm. İlkin olaraq 5 tələbəni seçərək təmənnasız olaraq intensiv məşqlərə başlayacağam. Düşünürəm ki, qısa zamanda əsl səslər eşidəcəyik”, - deyə Əməkdar artist vurğulayıb.

Ramil Qasımov, həmçinin Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başladığını və göstərilən bu etimadı da doğruldacağını qeyd edib.

# 1019 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news