“Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edildi

“Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı”  adlı dəyirmi masa təşkil edildi
calendar 7 may 2024
clock 11:30

Respublika Gənclər Kitabxanasında 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə “Cabbarlının ədəbi irsi -varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib.

Kulis.az xəbər verir ki, Cəfər Cabbarlı yaradıcılığının yeniyetmə və gənclər arasında təbliği, əsərlərinin müzakirəsi məqsədilə təşkil edilən tədbirdə mərkəzin pedaqoji heyəti, dərnək üzvləri, məktəblilər, tələbə və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın şöbə müdiri Qənirə Mustafayeva 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr edilən, kitabxananın hazırladığı elektron məlumat bazası və ədibin 125 illik yubileyi ilə əlaqədar yenidən çap edilməsi nəzərdə tutulan biblioqrafiya haqqında məlumat verib. Azərbaycan xalqının milli – mədəni sərvətinin, yüzilliklərlə ölçülən qədim tarixə malik mədəniyyətinin, ədəbiyyatının təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində kitabxanaların rolunun əvəzsiz olduğunu bildirib.

4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Bədii yaradıcılıq şöbəsinin metodisti Məhsəti Məmmədova Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq onun, XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, ədəbiyyatın milli ənənələrini qorumaqla yanaşı, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, qadın azadlığı mövzusuna həssas münasibət bəslədiyini, çoxşaxəli ədəbi və ictimai fəaliyyəti boyunca xalqımızın maariflənməsi, onu cəhalətə, ətalətə sürükləyən məhdudiyyətlərdən azad olması yönümündə əzmkarlıqla çalışdığını bildirib.

Tədbirdə İnkişaf Mərkəzinin “Bədii qiraət” və “Məktəb teatrı” dərnəklərinin üzvlərinin iştirakı ilə Cəfər Cabbarlının “Firuzə” hekayəsi əsasında hazırlanan tamaşa nümayiş etdirilib, şeirlərindən parçalar səsləndirilib.

# 478 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news