“Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı seminar keçiriləcək

“Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı seminar keçiriləcək
calendar 13 may 2022
clock 17:40

Mayın 19-u saat 11:00-da Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı elmi-praktik seminar keçiriləcək.

Kulis.az xəbər verir ki, elmi-praktik seminarın keçirilməsində məqsəd müasir ədəbiyyatımızın redaktə, korrektə, tərcümə və sair kimi problemlərinin müzakirəsi, həlli yollarının araşdırılmasıdır.

Elmi-praktik seminarın məruzəçiləri və edəckləri məruzələr:

– “Dil qaydaları və yazı praktikası: ziddiyyətli məqamlar” – Rafiq İsmayılov, “Altun Kitab” nəşriyyatının direktoru;

– “Tərcümənin əbədi dilemması: orijinala sadiqlik, yoxsa mətnin oxunaqlığı?” – Etimad Başkeçid, şair, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı;

– “Çağdaş kitabçılıqda və ədəbi nəşrlərdə redaktə məsələləri” – Seyfəddin Hüseynli, ədəbiyyatşünas, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru.

Ünvan: AMEA Ədəbiyyat İnstitutu, 4-cü mərtəbə, elektron akt zalı.

# 1735 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news