Cahillər, avaralar, istedasızlar

Cahillər, avaralar, istedasızlar
calendar 7 yanvar 2024
clock 09:00

Kulis.az Ömər Xəyyamın “Milli kompleks” adlı yazısını təqdim edir.


Əsrlərdir maarifçilər, yaxud özünü maarifçi hesab eləyən publisistlər bizi nadanlıqda, naqislikdə günahlandırıb, deyiblər ki, bu xalq cahildir, ağı qaradan seçə bilmir və günü-gündən uçuruma, qaranlığa yaxınlaşır.


Bu məqsədlə qəzet buraxıblar, sayt düzəldiblər, jurnallar, kitablar, filmlər... gəl ki, heç nə dəyişməyib: Cəlil bəyin də, şair Sabirin də obrazları diridir, ağzımızın içində, qonşuluğumuzda yaşayırlar.

Nə tənqid işə yaradı, nə də təhqir.

Kortəbii inzibati qaydaların da faydalı iş əmsalı sıfırdır.

Bu köhnə, effektsiz ənənədən əl çəkməli, valı çevirməliyik.

Əlbəttə, bizim işıqlı, bilgin, aydın üzlərimiz var, unikal adət/ənənələrimiz, əvəzsiz musiqimiz, ədəbiyyat nümunələrimiz, igid/igid qardaşlarımız, bacarıqlı, istedadlı bacılarımız var.

Problemin özünü də, yerini də bilirik, təzədən sadalamaq istəmirəm.

Fəqət texniki qüsurlarımızla, çatışmazlıqlarımızla biz heç bir xalqdan aşağıda deyilik, əksinə bir xeyli xalqdan yuxarıdayıq.

Bu əziklik kompleksindən, bədbin hökmlərdən, əsassız muqayisələrdən qurtulmaq lazımdır.

Və məhz yaxşı üzümüzə, yaxşı adət/ənənələrimizə söykənməli, onları təbliğ etməliyik.

Yaxşı olanı sərgiləməliyik, dediyim kimi, pis olanı göstərməyin heç bir faydası olmayıb, olmadı, olmayacaq.

Yaxşı olanı təbliğ etməklə pis olanın özünü tərbiyə etməyinə çalışmalıyıq.

İnanın, bizim kimliyimiz, milli identikliyimiz, mədəni/mənəvi bazamız o qədər dərin, o qədər orijinaldır ki...

Ya vəlvələdən ya zəlzələdən... cövhərimizdən uzaq düşmüşük, düşmüşük pislərin üstünə, düşmüşük qaranlığa.

Bu günün təbliğat maşını elə hey pis istehsal eləyir, bir ucdan cahil buraxır, avara buraxır, fəqət haman gərəksiz şeylərin əks təsirindən, nəticəsindən xəbərsizdirlər.

Demirəm, həqiqətə kor olaq, problemləri malalayaq, - əsla! Deyirəm, sistemi elə cür ayarlayaq ki, pislədiyimiz şeylərə çevrilməyək, özümüzdən, izimizdən uzaqlaşmayaq…

# 2961 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news