Cəfər Cabbarlı mükafatı təqdim edildi

Cəfər Cabbarlı mükafatı təqdim edildi
calendar 18 oktyabr 2024
clock 12:45

Oktyabrın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Cəfər Cabbarlı mükafatının təqdimatı olub.

Kulis.az xəbər verir ki, tədbir Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin “Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsi çərçivəsində keçirilib.

Təqdimat mərasimində çıxış edən Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı görkəmli ədibin 125 illiyi münasibətilə nəşr olunan yeni kitablar və layihələr haqqında məlumat verib. Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli və dərin məzmunlu olduğunu bildirən Əməkdar mədəniyyət işçisi deyib: “Mükafat böyük dramaturq Cəfər Cabbarlı yaradıcılığının təbliği sahəsində aparılmış işlərə, tədqiq edilmiş əsərlərə, dramaturqun teatr yaradıcılığının təcəssümündə müstəsna xidmətləri olan sənətkarlar üçün nəzərdə tutulub. Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq mükafat son zamanlar daha çox nominasiyanı əhatə edir”.

Tədbir zamanı görkəmli dramaturqun yaradıcılığının xronoloji ardıcıllıqla əks olunduğu videoçarx nümayiş edilib.

Sonra Cəfər Cabbarlı mükafatı ədəbiyyatşünaslıq, ədəbiyyat, teatr, rejissorluq nominasiyaları üzrə ziyalılara təqdim olunub.

Ədəbiyyatşünaslıq nominasiyası

1. Azərbaycan ədbiyyatşünaslığının və ədəbiyyat tarixinin inkişafında xüsusi xidmətlərinə görə Akademik İsa Əkbər oğlu Həbibbəyli

2. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının ədəbi irsinin təbliği sahəsində xüsusi xidmətlərinə görə filologiya elmləri doktoru, professor İsmayıl Oruc oğlu Məmmədli təltif edilir.

3. Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələri sahəsində xüsusi xidmətlərinə görə tədqiqatçı, tərcüməçi, ədəbiyyatşünas Mirzə Məmməd oğlu Maşov təltif edilir.

Ədəbiyyat

4. Azərbaycan poeziyasının inkişafı sahəsində xüsusi xidmətlərinə görə şair, publisist Ağasəfa Qafur oğlu Yəhyayev.

5. Azərbaycan ədəbiyyatı və tərcümə sənətinin inkişafı sahəsindəki xidmətlərinə görə yazıçı-publisist Nəriman Hacı oğlu Əbdülrəhmanlı.

6. Azərbaycan ədəbiyyatının inkişafı sahəsindəki xidmətlərinə görə yazıçı-publisist Kənan Hacı.

Sənətşünaslıq

7. Azərbaycan mədəniyyəti və incəsənəti sahəsində xüsusi xidmətlərinə görə sənətşünaslıq elmləri doktoru, əməkdar incəsənət xadimi, professor İsrafil Ramazan oğlu İsrafilov.

Teatr

8. Azərbaycanda teatr və aktor sənətinin inkişafinda xüsusi xidmətlərinə görə əməkdar artist, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Ərəstun oğlu Hüseynov.

9. Azərbaycanda teatr və aktor sənətinin inkişafinda xüsusi xidmətlərinə görə, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Nadir qızı Ağakişiyeva.

Rejissorluq

10. Azərbaycanda rejissorluq sənətinin inkişafı sahəsində xüsusi xidmətlərinə görə rejissor İman Əmirhüseyn oğlu Məcidov.

XÜSUSİ DİPLOM

1. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər Cabbarlının ədəbi irsinin tədqiqi və təbliği sahəsində xüsusi xidmətlərinə görə Gəncə Dövlət Universitetinin baş müəllimi Könül Vaqif qızı Məmmədova.

# 957 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news