Cinsi təcavüzdə ittiham olunan aktyordan gözlənilməz qərar

Cinsi təcavüzdə ittiham olunan aktyordan gözlənilməz qərar
calendar 15 iyun 2023
clock 11:10

Amerikalı aktyor Kevin Spacey əmindir ki, iyunun sonunda Londonda keçirilməsi planlaşdırılan məhkəmə prosesi başa çatdıqdan sonra o, aktyorluq karyerasını bərpa edə biləcək.

Kulis.az xəbər verir ki, o, bu barədə çərşənbə günü Almaniyanın "Die Zeit" jurnalına verdiyi müsahibədə bildirib

Qeyd edək ki, aktyor 2001-2013-cü illər arasında bir neçə kişiyə qarşı cinsi təcavüzdə ittiham olunur.

2017-ci ildə aktyor Entoni Rapp onu təxminən 30 il əvvəl baş verdiyi iddia edilən cinsi qısnamada ittiham etdikdən sonra Speysi çox böyük təzyiqlərlə üzləşib. Daha sonra 30-a yaxın şəxs də oxşar ittihamlarla çıxış edib. Qalmaqal səbəbindən Speysi işsiz qalıb.

2022-ci ilin oktyabrında Speysi Rappla bağlı cinsi qısnama işində Nyu-York münsiflər heyəti tərəfindən təqsirli bilinməyib. Münsiflər heyəti belə nəticəyə gəlib ki, 1986-cı ildə Speysinin o zaman 14 yaşı olan Rappa qarşı etdiyi hərəkətlər cinsi xarakter daşımır və buna görə də uşaqlara təcavüz qanununa daxil ola bilməz.

Xatırladaq ki, aktyor "Usual suspects" və "American beauty" filmləri ilə "Ən yaxşı aktyor" nominasiyasında Oskar mükafatı qazanıb.

# 884 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news