"Çıx yaşıl düzə" mahnısının məşhur ifaçısı

"Çıx yaşıl düzə"  mahnısının məşhur ifaçısı
calendar 10 fevral 2024
clock 10:20

Bu gün tanınmış müğənni Anatollu Qəniyevin doğum günüdür.

Kulis.az-ın məlumatına görə, Anatollu Qəniyev 10 fevral 1931-ci ildə dünyaya gəlib.

O, uşaqlıqdan musiqiyə böyük həvəs göstərib, kinofilmlərdən eşitdiyi mahnıları həyətdə oxuyub. 1953-cü ildə əsgərlik xidmətini çəkəndən sonra Bülbülün məsləhətilə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə daxil olub. Bülbül onun oxumağını eşidəndə heyranlığını gizlədə bilməyib, deyib ki, bu, əsl “samorodok”du. “Asəf Zeynallı”da Firudin Mehdiyevin sinfində oxuyub. Zeynəb Xanlarova, Oqtay Ağayev, İslam Rzayev, Məmməd Salmanovla tələbə yoldaşı olub.

Tələbə vaxtlarında “Araz” kinoteatrında çıxış edib. Yaradıcılığı boyunca çox bəstəkarlarla əməkdaşlıq edib.

Anatollu Qəniyev estrada səhnəmizin nadir incilərindən idi. O, rəsmi şəxslərin diqqətində olmağa çalışmayan, fəxri adları isminin yanına düzməkdən ötrü dəridən-qabıqdan çıxmağı ağlına belə gətirməyən azad sənətkar idi. O, Yaradanın ona bəxş etdiyi lirik bariton səsinin təkrarsız imkanlarını bütün şirinliyi ilə musiqisevərlərə bəxş etməkdən aldığı həzzi hər şeydən üstün tuturdu. Anatollu Qəniyev peşəkar ifaçılıq fəaliyyətinə Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Televiziyasının xorunda başlayıb.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasında iştirak edib.

1959-cu ildə Şəfiqə Axundova Özbəkistanın birinci katibi Şərəf Rəşidovun librettosu əsasında “Bamburun mahnıları” adlı operetta yazıb. Operettanın ilk radiotamaşasında bütün mahnıları Anatollu Qəniyev ifa edib.

1960-cı illərin əvvəllərində Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Tofiq Əhmədovun rəhbərlik etdiyi Azteleradionun estrada orkestrinin solisti kimi Polşada, Almaniyada, Çexoslovakiyada, Kubada uğurlu qastrol səfərlərinə çıxıb.

1970-ci illərin axırlarında “Azkonsert” kimi tanınan Dövlət Konsert-Qastrol Birliyinin solisti olub. “Koroğlu”, “Möcüzələr adası”, “Ulduzlar sönmür”, “Qanun naminə”, “Alma almaya bənzər” filmlərinə yazılmış mahnıları ifa etməklə kino musiqisində də öz izini qoyub.

Tofiq Quliyev, Hacı Xanməmmədov, Arif Məlikov, Hökümə Nəcəfova, Vasif Adıgözəlov, Oqtay Rəcəbov, Ramiz Mirişli, Emin Sabitoğlu, Şahid Əbdülkərimov bir neçə mahnını məhz onun üçün bəstələyiblər. Məsələn, “Süfrə”, “Nuş olsun”, “Naznaz”, “Badamlı” və çoxlu başqa mahnıların ilk ifaçısı məhz Anatollu Qəniyev olub.

1 oktyabr 1985-ci ildə kəskin ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.

# 672 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news