Aqşin Yenisey: “O əsər hər yazıçının girəcəyi kol deyil” - Açıqlama

Aqşin Yenisey: “O əsər hər yazıçının girəcəyi kol deyil” - Açıqlama
calendar 6 aprel 2021
clock 10:39

“Seymurun yazısından xəbərim yoxdur, amma Salman Rüşdinin "Gecəyarısı uşaqları" romanı özünün mürəkkəb strukturuna, real və mistik dünyalar arasındakı keçidlərinə, Hindistan və Pakistan, hindli və müsəlman qarşıdrumasının tarixini psixoloji, dini və siyasi tərəfləri ilə ortaya qoyduğuna, müstəmləkəçiliyin bir xalqın tarixində və taleyində hansı rolu oynadığını açıb-ağartdığına, sevgisi naminə insanın terrora, uşaq oğurluğuna belə əl ata biləcəyini göstərdiyinə, Hindistanda kasta sisteminin yaratdığı faciəvi həyatları dünyaya orijinal gözün müşahidəsi altında çatdırdığına, ən əsası xalqın yenilənmək istəmədiyini və buna görə yenilik tərəfdarı olan hökumətlə qarşıdurmaya getdiyini hind xalqının obrazında tipikləşdirdiyinə görə XX əsrin ən yaxşı romanlarından biri hesab edirlər.”

Bu sözləri şair-yazıçı Aqşin Yenisey yazıçı həmkarı Seymur Baycanın görkəmli yazıçı Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanı haqda yazdığı polemik fikirlərə münasibət bildirərkən söyləyib. O, daha sonra əlavə edib:

“Bu romanı Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanı ilə müqayisə edərdim. Amma Rüşdi daha moderndir, daha mürəkkəb vəziyyətdir. Maraqlıdır ki, bu romanda hind xalqına xas olan sentimentallıqdan əsər-əlamət yoxdur. Romanın iki əsas qəhrəmanı doğum evində dəyişdirilmiş iki uşaqdır. Varlı ailənin uşağı kasıb ailədə, kasıb ailənin uşağı varlı ailədə böyüyür. Rüşdi onların həyatını təsvir etməklə hinduizmdəki kasta sisteminin uydurma bir inanc olduğunu göstərir. Varlı ailədə böyüyən kasıb ailənin uşağı general olur, kasıb ailədə böyüyən varlı ailənin uşağını isə əsgərlikdə it əvəzi istifadə edirlər. Bu, çox sarsıdıcı bir gerçəklikdir.”

A.Yenisey fikrini belə yekunlaşdırıb: “Ağır təhlil tələb edən bir əsərdir, hər yazıçının və hər oxucunun girəcəyi kol deyil.”

Xatırladaq ki, Aqşin Yenisey bir neçə il öncə sözü gedən əsəri Azərbaycan dilinə çevirmişdi.

# 1777 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news