Gənc yazar Salam Sarvanı tənqid etdi: "O, hansısa şairin yaradıcılığının bir küncüdür"

Gənc yazar Salam Sarvanı tənqid etdi: "O, hansısa şairin yaradıcılığının bir küncüdür"
calendar 5 may 2020
clock 15:38

Kulis.az gənc yazar Emil Rasimoğlunun Salam Sarvan haqqında tənqidi fikirlərini təqdim edir.

Salam Sarvanın şeirlərini mütəmadi olaraq oxumuşam və onun ədəbi mülahizələrinə də bələdəm.
Salam Sarvanın böyük istedadı (şüuraltı ədəbi baxışından bəlli olur), analtik düşüncə tərzi var. Amma böyük mətni, yazısı, ədəbiyyatı yoxdu. Bəlkə də yaratmaq istəyib amma yarada bilməyib. Hərdən mənə elə gəlir ki, Salam hansısa şairin yaradıcılığının bir küncüdür.

Bəs, sual edə bilərsiniz ki, istedadı haradadı? Deyəcəyəm!


Əvvəla onu deyim ki, bu adamın bir ömür yaradıcılıq boyu necə deyərlər, öz emalatxanası olmadı. Matrerial var, enerji var, amma dəzgah, emalatxana yoxdu. O dediyim böyük istedadı yaradıcılıqda göstərmək üçün gərək ki, öz emalatxanan, öz dəzgahın ola...


Salam bir gün Ramiz Rövşənin, bir gün Füzulinin, bir gün Sabirin, bir gün Aşıq Ələsgərin, bir gün dünya ədəbiyyatındakı hər hansısa bir şəxsin emalatxanasından, dəzgahından istifadə etdi. Salamın ən böyük uğursuzluğu da məhz bu oldu.


Məsələn, dünya ədəbiyyatından tərcümələr edir. Sonra da başlayır o tərcümələrin poetik qəlblərində özünə kərpic kəsməyə. Son şeirləri buna misal ola bilər.
Digər tərəfdən, bəs Salam yaradıcılığında özü ola bildimi ? Bəli oldu! O da çox kiçik tərzdə. Salam şeirlərindəki bir ovuc torpaqdı. O torpaq ki, onu oxucunun gözünə zamanında atmağı bacarır. Salamın məhz ədəbiyyata gəlib çatan istedadı da buradadı.


"Darıxma, düzəlməyəcək",
"Dünən toyumda idim, yerim məlum, sevdiyim.." tipli misralardan ibarət şeir nümunələri sadəcə oxucuya illuziya göstərməkdi, böyük mətn yaratmaq yox. Bəlkə Salamın məqsədi də məhz bu olub.
Elə Salamı sevdirən də oxucunun gözündəki o bir ovuc torpaqdı.

# 3941 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news