İlkin Həsəni ATV-dən getməsini yazdı: “Təəssüf ki...”

İlkin Həsəni ATV-dən getməsini yazdı: “Təəssüf ki...”
calendar 8 sentyabr 2021
clock 17:45

“Bu il televiziya karyeramın düz 20 ili tamam olur. Bəli, düz 20 il öncə televiziya rejissorluğu fakültəsinin ikinci kurs tələbəsi İlkin Həsəni anasının hazırladığı katlet-çörəyi də paketin arasına qoyub dərsdən sonra yollandı 106-Fm radiosuna. Bir aylıq hazırlıq, məşqlər və budur 2001 payızında ilk canlı yayım, ilk efir həyəcanı və s.”

Bu sözləri aparıcı, rejissor, İlkin Həsəni ATV kanalından ayrılması ilə bağlı sosial şəbəkə hesabında yazıb. O, daha sonra əlavə edib:

“ATV-də "ATV Maqazin", "Yeni Ulduz", "Bozbash Pictures" və digər layihələr məni mən etdi. ATV-də dörd rəhbər dəyişimini görən bəlkə də tək-tük əməkdaşlardan oldum. Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm, hər biriniz mənim üçün çox əziz olmusunuz. İl oldu 2013 və mən mənim üçün çox böyük önəm kəsb edən "İLK Media" haqqında düşündüm, yaratdım. İstehsal etdiyimiz film, serial, reklam, sosial çarxlar haqqında yazıb çox da başınızı ağrıtmayım. Hal-hazırda sayı 25-ə yaxın kiçik kollektivimizlə az da olsa nələrsə edirik. Şirkətimiz yarandığı gündən əməkdaşlıq etdiyi bir TV olub, o da mənim doğma ATV kanalım. Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq, yeni yayım kanalımız bu ilin oktyabrdan etibarən “Space” olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz, “Zita və Gita”sız “Space”. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun”.

# 2366 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news