Nazirlik rəsmisi: "Müharibədən filmlər çəkiləcək"

Nazirlik rəsmisi: "Müharibədən filmlər çəkiləcək"
calendar 8 yanvar 2021
clock 11:28

Yaxın gələcəkdə Azərbaycanın Vətən Müharibəsində tarixi qələbəsinə həsr olunmuş "Böyük qayıdış" qısametrajlı bədii, sənədli və animasiya filmlərinin layihələri üzrə müsabiqəsi elan ediləcək.

Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov müsahibəsində bildirib.

R.Həsənov qeyd edib ki, bu təşəbbüs çərçivəsində kifayət qədər geniş mövzunu əhatə etmək planlaşdırılır:

"Əlbətdə ki, "Böyük qayıdış" ilk növbədə Azərbaycanın 44 günlük Vətən Müharibəsi dövründəki parlaq qələbəsi ilə əlaqələndirilir, lakin gələcək film layihələri sırf hərbi mövzularla məhdudlaşdırılmaya da bilər. Çünki Qarabağın uzun illər erməni işğalından sonra geri qayıtması həm mədəniyyətimizin, ruhumuzun qaytarılması, həm də sadə insan talelərindən bəhs etmək fürsətidir".

"Böyük qayıdış" layihəsi çərçivəsində on əsər seçiləcək. Onun sözlərinə görə, müsabiqə yerli film sənayesinin istehsalına yeni bir yanaşmanı tələb edir: "Ölkədəki mövcud film istehsalı sistemi arxaikdir və prinsipcə yeni bir yanaşmaya ehtiyac duyduğu üçün müasir layihə seçimi sisteminin tətbiqi də daxil olmaqla bir sıra islahatlar üzərində işləyirik".

Şöbə rəhbəri bildirib ki, bu sistem çərçivəsində prodüser bir ssenari deyil, müəyyən bir yaradıcı kompozisiya, konspekt, büdcə planı və s. ilə bitmiş bir film layihəsi təqdim edəcəkdir.

Həsənov əlavə edib ki, dövlətin dəstəyi ilə həyata keçiriləcək Qarabağ müharibəsi ilə bağlı bir sıra bədii, sənədli film layihələri hazırlama və reallaşdırma mərhələsindədir./trend.az/

# 1982 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news