“Danışan gəlincik” yenidən səhnədə

“Danışan gəlincik”  yenidən səhnədə
calendar 8 aprel 2024
clock 10:30

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi aprelin 21-də uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşasını nümayiş edəcək.

Kulis.az xəbər verir ki, nağıl içində nağıl üslubu ilə davam edən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Səhnə əsərinin əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmasında ona mane olur. Danışan gəlincik tapıb, onunla danışmaq, söhbət etmək arzusunda olan Şahzadə üçün kasıb bir ailənin qızını pulla alıb saraya gətirirlər. İnci adlı bu gözəl qız var-dövlət içində, gözəl həyat şəraitində xoşbəxt deyil və öz ailəsini arzulayır. Dost-dosta heç vaxt yalan danışmaz, yalançı dost ilə ürək barışmaz. Dünyada hər şeyi pulla almaq mümkündür, lakin insan qəlbini, ailə mehribanlığını, hər şeydən öncə isə valideynləri, bacı-qardaşları pulla almaq mümkün deyil. Bu ideyanı əsas götürən dramaturq Şahzadə personajı ilə onun ata-anasına həyat dərsi verir, bu kasıb ailəni saraya gətirdir. Onlar mehriban bir ailə kimi yaşayırlar.

# 644 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news