Dədə Süleyman vəfat etdi

Süleyman Abdullayev (Dədə Süleyman)

Süleyman Abdullayev (Dədə Süleyman)

calendar 23 oktyabr 2022
clock 11:02

Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya mərhumun qızı Aygün Abdullayeva məlumat verib.Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.

Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər sorağı ilə Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirilib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib. 1960-1964-cü illər ərzində Süleyman Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb.

1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub.

Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə hesab olunub. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışıb.

Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", “Şur” muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olub.

Allah rəhmət eləsin!

# 5616 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news