Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
calendar 9 sentyabr 2024
clock 14:10

Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən olunması məqsədilə keçirdiyi seçim turlarının növbəti mərhələsini davam etdirir.

Kulis.az xəbər verir ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) oktyabrın 31-dək mərkəzin [email protected] ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu Şahin Mustafayev küçəsi, 27/121A; AZ1033 ünvanına təqdim edə bilərlər.

Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. Turlarda iştirak ödənişlidir.

Əlavə məlumat almaq istəyənlər bu nömrəyə (+994 12) 566 80 27 (daxili nömrə: 123) zəng edə bilərlər.

# 347 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news