Dünya Gənc Türk Yazarlar Birliyinin yubileyi qeyd olundu

Dünya Gənc Türk Yazarlar Birliyinin yubileyi  qeyd olundu
calendar 15 may 2024
clock 15:30

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) 25 illik yubileyi Ankarada TÜRKSOY-un baş ofisində qeyd olunub.

Kulis.az xəbər verir ki, TÜRKSOY-un Baş katibi Sultan Raev DGTYB-nin fəaliyyətini yüksək qiymətləndirib. O, Dünya Gənc Türk Yazarlar Birliyinin mərkəzi ofisinin qardaş ölkə Azərbaycanda yerləşməsinə baxmayaraq mənəvi mərkəzinin Ankara olduğunu bildiri. Sultan Raev birliyin qurulduğu gündən bu yana 50-dən çox əsərin işıq üzü görməsinə vəsilə olmasını, ədəbi-mədəni layihələrdə və önəmli tədbirlərdə aktiv iştirakını təqdirəlayiq hal kimi dəyərləndirib.

DGTYB-nin qurucu-başqanı, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı göstərmiş olduğu qonaqpərvərlik üçün TÜRKSOY-a və Sultan Rayevə təşəkkür edərək, Türk dünyasına 25 il müddətində xidmət etmiş DGTYB-nin bundan sonra da geniş fəaliyyətinə davam edəcəyinə əminliyini ifadə edib.

Kitab təqdimatı panelində Rəsmiyyə Sabirin "Yerlə göy arasında", Əkbər Qoşalının "Altaylardan qopan atlar", Şəmsəddin Kuzeçinin "Şeirlərim", İntiqam Yaşarın "Adını çəkirəm" kitabları təqdim olunub.

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi münasibətilə TÜRKSOY baş katibi Sultan Raevə, TÜRKSOY-un Baş katibinin müavini Sait Yusufa, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna və Hayrettin İvginə 25 illik yubiley medalı təqdim edilib. Həmçinin TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən Şəmsəddin Kuzəçi, professor Rəsmiyyə Sabir, şairlər Əkbər Qoşalı, İntiqam Yaşar və Murad Toyluya TÜRKSOY-un 30 illik yubiley medalları təqdim olunub.

# 536 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news