Əkbər Qoşalının əsərləri tatar və qırğız antologiyalarında çap olundu

Əkbər Qoşalının əsərləri tatar və qırğız antologiyalarında çap olundu
calendar 14 iyun 2024
clock 17:30

Şair, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının hekayəsi tatarca, şeirləri isə qırğızca tərtib olunan antologiyalarda çap olunub.

Kulis.az xəbər verir ki, şairin “İradə, mən ölürəm” hekayəsi Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, Xalq yazıçısı Rkail Zəydullanın layihə rəhbəri və “Ön söz” yazarı olduğu “Türk ocağı” antologiyasında yayımlanıb. Hekayəni tatar dilinə Əməkdar incəsənət xadimi Rifat Camal tərcümə edib.

Türk dünyasının fərqli ədəbi nəsillərinə məxsus şair və yazıçıların əsərləri toplanmış “Türk ocağı” antologiyası bu ilin mayında Kazanda yerləşən “Yazıçı” nəşriyyatında işıq üzü görüb.

Həmçinin “Könül səyahəti - Qırğızıstan” adlı Türk dünyası poeziya antologiyası isə qırğız dilində nəşr olunub.

Antologiyanın ideya müəllifi və tərtibçisi “Fəthiyə Ədəbiyyatçılar Qrupu”nun rəhbəri, tanınmış şair Coşğun Karabulutdur. Şeirləri qırğız dilinə istedadlı şair, Qırğız Milli Yazıçılar Birliyinin üzvü Kaliça Jakup çevirib.

# 519 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news