“Elm” qəzetinin növbəti sayı işıq üzü gördü

“Elm” qəzetinin  növbəti sayı işıq üzü gördü
calendar 26 yanvar 2024
clock 15:20

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında tikinti, abadlıq işləri və Ofis binasında yaradılan şərait ilə tanış olub” başlıqlı icmal, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və AMEA-nın Tarix İnstitutunun və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı yer alıb.

Bu sayda AMEA-nın Humanitar Elmlər Bölməsi, Naxçıvan Bölməsi, Yer Elmləri Bölməsi, Şəki Regional Elmi Mərkəzi, İctimai Elmlər Bölməsi və Gəncə Bölməsinin 2023-cü il üzrə fəaliyyətlərinə dair hesabatları, AMEA-nın Rəyasət Heyətinin iclası və “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik” mövzusunda elmi sessiya dair yazılar dərc edilib.

Həmçinin bu buraxılışda “NACE mükafatı laureatı – azərbaycanlı alim” və “Əlyazmaların mühafizəsi yüksək səviyyədə təşkil olunur” adlı məqalələr, bundan əlavə, yeni elmi nəşrlərə və digər tədbirlərə dair xəbərlər təqdim edilir.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, müsahibə, həmçinin son elmi yeniliklərə dair informasiyalar dərc olunub.

# 824 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news