Elvin Hoca Qəniyevin Moskvada konserti olacaq

Elvin Hoca Qəniyevin Moskvada konserti olacaq
calendar 20 yanvar 2024
clock 16:50

Moskvada azərbaycanlı virtuoz, Azərbaycanın Əməkdar artisti Elvin Hoca Qəniyevin konserti olacaq.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, fevralın 2-də “Zaryadye” konsert zalında Azərbaycanın Əməkdar artisti Elvin Hoca Qəniyevin konserti olacaq. Dirijor Marius Stravinskinin rəhbərliyi altında Çaykovski adına Böyük Simfonik Orkestrinin müşayiəti ilə Türkiyənin görkəmli bəstəkarı və dirijoru Ülvi Cemal Erkinin (1906 – 1972) skripka konserti təqdim olunacaq. Konsertin birinci hissəsinin sonunda Frans Vaksmanın skripka ilə orkestri üçün Bizenin “Karmen” operasından mövzular əsasında Fantaziya səsləndiriləcək.

Elvin Hoca Qəniyev David Oystrax, Qenrik Venyavski, Karol Lipinski, Yaşa Xeyfes adına və bir çox digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatı; “Azərbaycanın Mosartı” adlandırılan mahir sənətkar - skripka ifaçısıdır. Musiqiçinin adı Azərbaycanın gənc istedadlarının “Qızıl Kitabı”na daxil edilib. Moskvanın “Zaryadye” zalında o, ilk dəfədir çıxış edir.

# 944 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news