Emin Ağalarov: "Oğlum şirniyyat satır"

Emin Ağalarov

Emin Ağalarov

calendar 12 noyabr 2022
clock 12:00

Xalq artisti, biznesmen Emin Ağalarov Rusiyanın “Hello!” nəşrinə müsahibə verib.

Kulis.az xəbər verir ki, müsahibədə şəxsi həyatı ilə bağlı bir çox məqamlara toxunan Emin 13 yaşlı oğlu Mikayılın biznesindən danışıb. O bildirib ki, övladı özünün sahibi olduğu "Sea Breeze" ərazisində şirniyyat satır:

"Kiçik şirniyyat mağazası var. Mika orada şirniyyat satır və məndən daim hesabat tələb edir: Ata, bir ayda nə qədər pul qazandım? Maaş nə qədərdir? Maraqlanır ki, binanı tikmək neçəyə başa gəlir? Biznes proseslərini dərk etməyə çalışır".

Emin əlavə edib ki, digər oğlu Əlinin isə musiqi sahəsinə marağı var:

"Əli mahnılar yazdırmağa davam edir. Tezliklə, ola bilsin, albom buraxacağıq. Bu yaxınlarda gitarada ifa etməyə başlayıb. Bu məşğuliyyət ona çox zövq verir. Bütün uşaqlarım idmanla məşğuldur: oğlanlar fubol və cüdo, Əminə karate, Afina baletlə. Ümumilikdə, məktəb, idman, tərbiyə - uşaq rejimi belədir".

# 2568 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news