Ərinin sevgilisi ilə münaqişədə olan, gənc qızını itirən Hökümə Qurbanova...

Ərinin sevgilisi ilə münaqişədə olan, gənc qızını itirən Hökümə Qurbanova...
calendar 11 iyun 2023
clock 21:00

Bu gün SSRİ xalq artisti, aktrisa Hökümə Qurbanovanın doğum günüdür. Kulis.az bu münasibətlə aktrisanın həyatından maraqlı faktları təqdim edir.

1) Hökümə Qurbanovanın anası Malikat xanım bəstəkar Müslüm Maqomayevin bacısı idi.

2) 23 yaşında olanda Hökümə xanımın fotosu Cəfər Cabbarlının diqqətini çəkir və onu axtarıb tapır, “Almaz” filmində Yaxşı roluna çəkir.

3) Ələsgər Ələkbərovla məktəb illərində tanış olub, sonradan ailə qurublar. Ələsgər Ələkbərovdan bir qızı doğulan Hökümə səhnədən uzaq düşür: əri ona səhnəyə çıxmağa qadağa qoyur. 1933-cü ildə cütlük Ələsgərin qısqanclığı ucbatından boşanır.

4) Daha sonra Hökümə Qurbanova teatr rəssamı Nüsrət Fəttulayevlə ailə qurur. Bu evlilikdən Vəfa Fətullayeva doğulur. Lakin bu evlilik də 25 il sürür.

5) Hökümədən ayrılan Nüsrət Fətullayev Ofeliya Abbaszadə ilə evlənir. Hökümə xanım da bu ərəfələrdə Ofeliyanın keçmiş əri, “Bir qalanın sirri”ndəki Elşən rolu ilə tanınan Gündüz Abbaszadə ilə eşq yaşayır.

6) Hökümə Qurbanova ömrü boyunca tək Ofeliya Abbaszadə ilə deyil, bir çox aktrisa ilə çəkişmə yaşayıb.

7) "Ögey ana" filmində Nəcibə Məlikova ilə küsülü olsa da onun oynadığı obrazı səsləndirməyə razı olur.

8) Hökümə xanım qızının həyatına da təsir edərək onu sevgi yaşadığı Fuad Poladovla evlənməyə qoymur.

9) Kleopatra obrazından sonra SSRİ xalq artisti adını alır.

10) İki çağırış Ali Sovetin deputatı olub.

11) Qızı Vəfa Fətullayeva 42 yaşında xərçəng xəstəliyindən vəfat edir. Bu çətin vaxtlarda aktrisanın tutunduğu yeganə dayaq teatr olur. Qızından bir il sonra eyni xəstəlik səbəbilə vəfat edir.

# 18973 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news