"Erməni komendant bu mahnıya görə atamı yataqxanadan qovmuşdu" - Güldəstə Nəsibova

"Erməni komendant bu mahnıya görə atamı yataqxanadan qovmuşdu" - Güldəstə Nəsibova
calendar 11 iyul 2024
clock 14:30

“Son günlər “Qarabağ” mahnısının ermənilər tərəfindən mənimsəmilməsinə olan cəhdə cəmiyyətin və dövlət qurumlarının bu qədər həssas yanaşması məni çox mütəəssir etdi. Dəstəyinizə görə var olun!”

Kulis.az xəbər verir ki, bu sözləri sözügedən mahnının müəllifi Bəhram Nəsibovun qızı Güldəstə Nəsibova əsərin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı yayılan bəyanata cavab olaraq deyib.

O, atasının dillər əzbəri olan bu məşhur mahnısının yaranma tarixini xatırladıb:

“Atam Bəhram Nəsibovun müəllifi olduğu “Qarabağ” mahnısının çox ağrılı yaranma tarixçəsi var. Bu barədə vaxtilə özü danışmışdı. 60-cı illərdə (konkret tarixi məlum deyil, amma dəqiq bilirəm ki, atam mahnını tələbəlik illərində yazıb) tələbə yataqxanasının erməni komendantı atamı belə mahnı yazdığına görə yataqxanadan qovmuşdı. Nə yaxşı ki, atam mahnını vaxtında Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib. Mahnının qeydiyyat tarixi 1972-ci ildir. 44 günlük Vətən Müharibəsindən sonra bu mahnı başqa bir məna kəsb elədi və azad Qarabağamızın himninə çevrildi. Bir övlad kimi artıq Vətənimzin ayrılmaz parçası olan Qarabağdakı tədbirlərin “Qarabağ” mahnısı ilə açılıb-qapanmasını görmək çox xoşdur, ifadə edilməsi mümkünsüz bir hissdir, qürurdur, fəxrdir. Bunu ermənilər də görür və anlayır. Elə ona görə də bir vaxtlar erməni komendatın başlatdığı çirkin işi davam etdirirlər, müəllifin ruhunu incidir, məğlubiyyətin gətirdiyi acizlik, natamamlıq sindromlarını ört-basdır etməyə çalışırlar”.
Bəstəkarın qızı məsələyə xüsusi diqqət göstərdiyinə görə Əqli Mülkiyyət Agentliyinə və Mədəniyyət Nazirliyinə ailəsi adından dərin təşəkkürünü bildirib.

yenicag.az

# 929 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news