Eyyub Yaqubov: "Özümü xoşbəxt müğənnilər sırasında görürəm"

Eyyub Yaqubov:  "Özümü xoşbəxt müğənnilər sırasında görürəm"
calendar 27 mart 2023
clock 13:30

Heydər Əliyev adına sarayda Xalq artisti Eyyub Yaqubov və "Big Band Sound Pro"nun növbəti iki günlük konserti baş tutub.

Kulis.az xəbər verir ki, yeniliklərlə yadda qalan konsertdə Eyyub Yaqubov dinləyicilərinə yeni mahnılar təqdim edib.

Coşqu ilə qarşılanan musiqili gecədə Eyyub Yaqubovla yanaşı xalq artisti Cavan Zeynallı və “ Big band sound pro” nun bədii rəhbəri, Azərbaycan Dövlət televiziyasının solisti Fuad Musayev də çıxış ediblər.

“Qaya” qrupunun repertuarından sevilən mahnılar səsləndirən Fuad Musayev və Cavan Zeynallının çıxışı alqışlarla qarşılanıb.

Xalq artisti Eyyub Yaqubov bəstəkar Elçin İmanovun bəstələdiyi “ Balaxanı” və “ Səni sevirəm” mahnılarını eksklüziv olaraq konserti izləməyə gələn pərətişkarları üçün səsləndirib. Anşlaqla qarşılanan konsert maraqlı rəqs nömrələri və çıxışlarla yadda qalıb.

Qeyd edək ki,Türkiyədə baş vermiş zəlzələ səbəbinən Eyyub Yaqubovun “Big bang sound pro” ilə birgə planlaşdırılan konsertinin tarixi dəyişdirilərk fevralın 15-16-dan martın 25, 26-sına keçirilmişdi.

Xalq artisti konsertlə bağlı danışarkən bildirib ki, özünü xoşbəxt müğənnilər sırasında görür. Sözlərini dinləyicilərinə musiqi ilə çatdıra bildiyi üçün səhnədə ikən həmişə xoşbəxt olur:

“Ona görə ki, mənim, mahnılarımı dillər əzbəri edən, hər misrasını mənimlə birlikdə ifa edən, alqışlamaqdan doymayan və məni həqiqətən də sevən siz tamaşaçılar var. Sənətkara və sənətə verilən dəyər, onun ilham qaynağıdır...
Tezliklə, yeniliklərlə sizinlə bir daha görüşmək ümidi ilə...Təşəkkürlər”

Qeyd edək ki,Türkiyədə baş vermiş zəlzələ səbəbinən Eyyub Yaqubovun “Big bang sound pro” ilə birgə planlaşdırılan konsertinin tarixi dəyişdirilərk fevralın 15-16-dan martın 25, 26-sına keçirilmişdi.

# 1447 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news