Faiq Ağayev: "O, yalnız bıçaq sümüyə dirənəndə məhkəməyə müraciət edir"

Faiq Ağayev:  "O, yalnız bıçaq sümüyə dirənəndə məhkəməyə müraciət edir"
calendar 18 noyabr 2023
clock 14:00

"Məni əsəbiləşdirən insanların tərbiyəsizliyi və qabalığıdır. İncəsənət xadimiyəm və hər şeyin səliqəli, gözəl formasını sevirəm. Bu sənət nifrətdən yox, məhəbbətdən doğur. İşimiz sevgini və məhəbbəti çoxaltmaqdır. Bu yolda hansısa qeyri nəcib hərəkət edən insanı görəndə özümdən çıxıram. Çünki bu sənətin adı “incəsənətdir”. Burada davranış da incə olmalıdır. Burada hər bir tamaşaçıya və mövzuya incə yanaşmalısan. Mənə mane olan o insanların içindəki yaxşı ilə pisin tarazlığı tapmamaqlarıdır”.

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Yaşananlar” verilişində deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:

"Qeyri-nəciblik və tərbiyəsizliklə sosial şəbəkələrdə rastlaşıram. Çünki insan ən böyük cinayətləri və tərbiyəsizlikləri o halda edir ki, cəzasızlıq olsun. Sosial şəbəkədə kimin ağlına nə gəldisə, onu da yazacaq. Çünki bilir ki, cəzasızdır. Hansısa sənət adamı məhkəməyə vaxt itirməyəcək. O, yalnız bıçaq sümüyə dirənəndə məhkəməyə müraciət edir. O vəziyyətə də gəlib çıxmırıq ki, hansısa yolunu azan və bilməyən insanı qandırmaq üçün məhkəməyə müraciət edək. Məhkəmədə keçirdiyim vaxtı səsyazma studiyasında, televiziyada, solo konsertdə keçirərəm. Cəzasızlıq əksər hallarda o insanları ilhamlandırır ki, mən dediyimi deyə bilərəm. Amma düşünmürlər ki, bir qarğa ilə səma çirkinləşə bilmir. Səma elə səmadır".

Axşam.az

# 1292 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news