Fərid Hüseyn Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda

Fərid Hüseyn Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda
calendar 18 dekabr 2023
clock 13:20

Görkəmli yazıçı Çingiz Aytmatovun 95 illik yubileyi Qırğız Respublikasının Nazirlər Kabinetinin Sərəncamı əsasında Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi tərəfindən təşkil olunub.

Kulis.az xəbər verir ki, Bişkekdə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər şurasının sədri, gənc şair Fərid Hüseyn də iştirak edib. Tədbirdə F.Hüseyn Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın Çingiz Aytmatov Formuna ünvanlandığı məktubu oxuyaraq birlik sədrinin təbrikini çatdırıb.

Tədbirin Müzakirə panellərindən birində Fərid Hüseyn “Hər yeni əsrlə bərabər yeni mahiyyət qazanan Çingiz Aytmatov ideyaları” adlı məruzə ilə çıxış edərək, yazıçının dünya ədəbiyyatında köhnəlməz olan, XXI əsrin çağırışları ilə səsləşən ədəbi düşüncələrindən söz açıb.
Qeyd edək ki, beynəlxalq tədbirə Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Rusiya, Belarus, Gürcüstandan elm, sənət və mədəniyyət adamlarından ibarət nümayəndə heyətləri qatılıblar.

Silsilə tədbirlər zamanı yazıçının məzarına, ev muzeyinə ziyarətlər təşkil edilib, həmçinin ədibin əsərləri əsasında “Qırmızı alma” filmi və “Ana tarla” tamaşası nümayiş etdirilib, Tarix Muzeyində görkəmli ədibə aid daimi ekspozisiyanın açılış mərasimi baş tutub. Bundan başqa, silsilə tədbirlər çərçivəsində Qırğız Milli Akademik Teatrında “Aytmatov və teatr” adlı festivalın bağlanış və mükafatlandırılma mərasimi baş tutub.

Beynəlxalq Forumun yekununda “Aytmatov və Avrasiyaçılıq”, “Biz dünyanı dəyişirik, dünya da bizi”, “Biz eyni gəmidəyik” adlı Beynəlxalq Forumun yekununa aid qətnamələrin hazırlanması və müzakirəsi nəzərdə tutulub.

# 971 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news