Filarmoniya abonement konsertlərini bərpa edir

Filarmoniya abonement konsertlərini bərpa edir
calendar 18 oktyabr 2023
clock 18:43

Uzun fasilədən sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2022-ci ilin noyabr ayından etibarən abonement konsertlərinin təşkilini bərpa edir.

Kulis.az xəbər verir ki, Filarmoniyadan verilən məlumata görə, noyabr ayı üçün tədbirlər proqramı elan edilib. Abonement konsertləri hər şənbə günü saat 15:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək.

Noyabrın 4-də gənc istedadların iştirakı ilə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək. Konsertdə respublika və beynəlxalq müsabiqələrin laureatları olmuş aşağıdakı solistlər çıxış edəcəklər: Uğur Nəbi (piano), Nuray Həsənli (piano), Şahrud Abbasova (piano), Zəhra Aslanlı (piano), Müzəffər Əliyev (piano), Fərəh Əliyeva (vokal), Nuray Quliyeva (piano), Yasəmən Ümidova (vokal), İbrahim Abbasov (tar), Zəhra Zeynalova (piano), Leyla Əfəndiyeva (piano), Ayan Əsgərli (piano), Nurcan Cəfərova (piano), Mənsur Şıxəliyev (kamança), Fatimə Süleymanlı (qanun), Xədicə Nəcəfli (Piano), Toğrul Şıxəliyev (tar). Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şəms" uşaq xoru (bədii rəhbər Dilarə Əliyeva, xormeyster Aysel Mehdizadə) da iştirak edəcək. Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

Noyabrın 11-də yerli və Qərbi Avropa bəstəkarlarının əsərləri ilə Azərbaycan Dövlət Fortepiano Üçlüyünün konserti keçiriləcək.

Noyabrın 18-də Azərbaycan Dövlət Simli Kvartetinin yerli və xarici bəstəkarlarının əsərlərindən ibarət konserti təşkil olunacaq. Əməkdar artist Ceyla Seyidova (skripka) və beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova (piano) çıxışlarını musiqi həvəskarlarına təqdim edəcəklər.

Noyabrın 25-də "Klavesin musiqisi gecəsi" adlı konsert gözlənilir. Tamaşaçılar qarşısında Əməkdar artist Xurşud Abdullayeva (klavesin), beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalov (kontratenor), Nemət Tanrıverdiyev (trombon) və Ülkər Qüdrətli (fleyta) çıxış edəcəklər.

Konsertlərə gəlmək istəyənlər biletləri şəhərin kassalarından və iticket.az veb-saytından əldə edə bilərlər. Bir dəfə alınan bilet ay ərzində keçirilən bütün konsertlər üçün etibarlıdır.

# 1124 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news